Daha bir nəfər dənizdə batıb
Sumqayıtda dənizdə boğulma hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən "İnformator.az"a verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseyinlinin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.