00:00:00
Yazar
Admin User
23.01.2026 16:45 228 2 dəq oxuma
Siyasət

Davos Forumu Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini göstərir

Davos Forumu Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini göstərir

Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər ölkəmizin beynəlxalq arenadakı mövqeyinin artdığını, davamlı inkişaf strategiyalarının beynəlxalq ictimaiyyətin yüksək qiymətləndirdiyini göstərir.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin qlobal liderlər sırasındakı mövqeyi Azərbaycanın artıq yalnız dinləyici ölkə olmadığını, əksinə, onu dinləyən ölkələrin sayının artdığını təsdiqləyir:

 

“Azərbaycan artıq Davos İqtisadi Forumunun əsas iştirakçılarından biridir və cənab Prezident uzun illərdir bu mötəbər beynəlxalq platformada uğurla iştirak edir. Azərbaycan yalnız nəzəri deyil, praktik uğurlarını da bu forumlar çərçivəsində təqdim edir və dünya ölkələrinin liderləri Prezidentimizlə görüşmək istədiklərini bildirirlər. Belə görüşlərdə Azərbaycanın uğurları geniş beynəlxalq auditoriyalarda təbliğ olunur”.

 

Deputatın sözlərinə görə, qlobal böhranlar şəraitində Azərbaycanın real uğurlarının dünya miqyasında tanıdılması olduqca vacibdir:

 

“Azərbaycan cənab Prezidentin simasında özünü güclü lider ölkə kimi göstərir. Yalnız belə dövlət başçıları və siyasi liderlər uğurlu strateji kombinasiyalar quraraq milli maraqları ön plana çıxara bilirlər. Davos İqtisadi Forumu çərçivəsində cənab İlham Əliyevin keçirdiyi görüşlər ölkəmizin beynəlxalq siyasi müstəvidə mövqeyinin ciddi şəkildə möhkəmləndiyini göstərir. Keçdiyimiz inkişaf yolu Davos platformasında Azərbaycanın həm iqtisadi inkişafını, həm şaxələndirilmiş iqtisadi modelini, həm də enerji sektorunda yaşıl enerjiyə keçid mərhələsində əldə olunan nailiyyətləri uğurla nümayiş etdirib. Eyni zamanda, siyasi sahədə münaqişələrin həlli istiqamətində cənab Prezidentin bilik və praktik bacarıqları da nümayiş olunub. Bu isə hər birimizi azərbaycanlı olaraq qürurlandırır”.

 

Zəri Bayramlı

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər