00:00:00
Yazar
Admin User
04.09.2025 06:51 122 1 dəq oxuma
Hadisə

DGK: Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb

DGK: Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycanın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

 

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər