00:00:00
Yazar
Admin User
17.02.2016 08:41 769 1 dəq oxuma
Hadisə

DİN silahlı insidentlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insident barədə məlumat yayıb.
DİN silahlı insidentlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insident barədə məlumat yayıb.

İnformator.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 16-da paytaxtın Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Anar Hacıyev qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gəlib və tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə fevralın 14-də saat 21 radələrində S.Vurğun küçəsində yerləşən çayxanalardan birində Bakı şəhər sakini Fəzail Qədirovun münaqişə zəminində tapançadan açdığı atəşlə A.Hacıyevə xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qədirov tutulub. O, hadisəni “Makarov” markalı tapança ilə törətdiyini və sonradan onu dənizə atdığını bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər