Dələduzluq etməkdə ittiham olunan 10 nəfər saxlanılıb
Polis əməkdaşları dələduzluq edən şəxslərin tutulması istiqamətində tədbirləri davam etdirir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının dekabrın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
