Dəm qazı, sirkə turşusu və dərmandan zəhərlənmə: iki nəfər ölüb
Binəqədi, Kürdəmir və Samux rayonlarında müvafiq olaraq dəm qazı, sirkə turşusu və dərmandan zəhərlənmə qeydə alınıb.
Binəqədi, Kürdəmir və Samux rayonlarında müvafiq olaraq dəm qazı, sirkə turşusu və dərmandan zəhərlənmə qeydə alınıb.
İnformator Daxili İşlər nazirliyinin saytına istinadən xəbər verir ki, Aprelin 26-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Nəcibə Əliyeva evində dəm qazından zəhərlənərək ölüb.
Aprelin 18-də Kürdəmir rayonunda yaşayan Təranə Əliyeva evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və aprelin 26-da orada ölüb.
Aprelin 26-da Samux rayonunun Ziyadlı kənd sakini Müqalib Abbasov həyətindəki istixanada dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
