00:00:00
Yazar
Admin User
15.10.2025 11:26 159 1 dəq oxuma
Hadisə

DTX və DSX-dən birgə əməliyyat

DTX və DSX-dən birgə əməliyyat

Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Asif Vaqif oğlu Hüseynov saxlanılıb.

 

"İnformator.az" xəbər verir ki, A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb.


Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər