00:00:00
Yazar
Admin User
07.01.2026 08:12 76 1 dəq oxuma
Hadisə

Duman ağır qəzaya səbəb olub

Duman ağır qəzaya səbəb olub

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi üç avtomobilin toqquşması nəticəsində baş verib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

 

Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 9:30-da Hacıqabul-Horadiz yolunun üçüncü kilometrliyində qeydə alınıb.

 

“KİA markalı, 77 FM 166 dövlət nömrə nişanlı avtomobil qatı duman şəraitində ötmə əməliyyatı edərkən iki avtomobili vuraraq hərəkət zolağından çıxarıb. Yoldan çıxan avtomobillər 77 DH 814 dövlət nömrə nişanlı KİA markalı və 02 BK 598 dövlət nömrə nişanlı “QAZel” markalı nəqliyyat vasitələri olub. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır”, - məlumatda bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər