00:00:00
Yazar
Admin User
22.10.2025 14:20 168 1 dəq oxuma
Hadisə

DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib

DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib.

 

Bu barədə "İnformator.az"a İdarədən məlumat verilib.

 

Bildirilib ki, bu gün Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə "Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi" mövzusunda AYNA-da keçirilən tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi texniki-təhlükəsizlik baxımından istismara yararsız nəqliyyat vasitələrinin yanğına meyilli olması, belə halların yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaratması barədə daşıyıcı şirkət nümayəndələrinə geniş məlumat verib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər