00:00:00
Yazar
Ayan Sadi
28.09.2026 23:48 46 2 dəq oxuma
Dünya

Enerji qənaəti: Avropa İttifaqı ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb

Enerji qənaəti: Avropa İttifaqı ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb

Süni intellektin enerji tələbatının sürətlə artması dünyada qaz və elektrik enerjisi istehlakının azaldılması məsələsini yenidən gündəmə gətirib.Enerji resurslarına qənaət edilməsinin həm ətraf mühitin qorunması, həm də enerji təhlükəsizliyinin təmin olunması baxımından vacib olduğu bildirilir.Bu çağırış fonunda ölkələrin enerji istehlakını azaltmaq üçün hansı addımları atacağı diqqət mərkəzindədir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Polad Mehdiyev bildirib ki, burada bir neçə amil üst-üstə düşür.Əsas məsələ Avropanın enerji təhlükəsizliyini mümkün xarici şoklardan qorumaqdır:

 

“Yaxın Şərqdə davam edən qeyri-sabitlik, Qətər LNG istehsalındakı fasilələr və enerji bazarlarında qiymət dəyişkənliyi Aİ-ni ehtiyatlı davranmağa məcbur edir. Digər tərəfdən, Aİ enerji istehlakını azaltmaqla həm idxaldan asılılığı və qiymət təzyiqini azaltmaq, həm də yaşıl enerjiyə keçidi sürətləndirmək istəyir. Mövcud enerji səmərəliliyi qaydalarının daha sürətli tətbiqi qaz tələbatını ildə 10–15 milyard kubmetr azalda bilər”.

 

Polad Mehdiyev vurğulayıb ki, qısamüddətli dövrdə Azərbaycanın Avropa üçün etibarlı qaz təchizatçısı kimi əhəmiyyəti arta bilər.

 

“Ancaq uzunmüddətli perspektivdə Avropa qaz istehlakını azaltmağa və yaşıl enerjiyə keçməyə çalışır.Buna görə Azərbaycan da qaz ixracı ilə yanaşı, yaşıl enerji və elektrik enerjisi ixracını inkişaf etdirməlidir”.

 

Siyasi şərhçinin sözlərinə görə, sadə yol gündəlik qənaətdir: 

 

“İstifadə olunmayan işıqları söndürmək, LED lampalardan istifadə etmək, kondisioner və istilik sistemlərini optimal temperaturda saxlamaq, evlərdə istilik itkisini azaltmaq.

 

Əslində Aİ-nin çağırışı yalnız qənaət məsələsi deyil. Bu, enerji təhlükəsizliyini gücləndirmək və mümkün böhranlara əvvəlcədən hazırlaşmaq siyasətidir”,- deyə Polad Mehdiyev əlavə edib.

 

Nuray Dadaşzadə

#qaz #xəbər #çağırıb #avropa #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər