Erkən yaşda evləndirilən qızlara "dur" kampaniyasına başlayan tələbə həmvətənlərindən dəstək gözləyir
Mərmərə Üniversiteti İctimaiyyətlə Əlaqələr fakültəsinin magistr tələbələri Türkiyədə erkən yaşda evləndirilən qızlara diqqət çəkmək məqsədi ilə sosial kampaniya həyata keçirib. “Her Şey Yaşında Güzel” adlı kampaniya çərçivəsində sosial çarx yayımlayan tələbələr arasında BDU jurnalistika fakültəsinin məzunu, həmyerlimiz Rəşad Mehdizadə də var. Sosial çarx üç videodan ibarətdir. 5dəqiqə 25 saniyədən ibarət olan əsas videonun sonunda tamaşaçıya sual ünvanlanır. Sualı cavablayan izləyici cavabına uyğun videoya yönləndirlir.
Türkiyədə magistr təhsili alan Rəşad Mehdizadə kampaniya haqqında İnformator.az-a danışıb: “Statistikalar göstərir ki, Türkiyədə təxminən qadınların 32 faizi erkən yaşda evləndirilir. Bu çox böyük rəqəmdir. Hər 3 qadından birinin erkən yaşda evləndirliməsi gələcək üçün böyük təhlükədir. Biz də Mərmərə Üniversiteti İctimaiyyətlə Əlaqələr fakültəsinin magistr tələbələri olaraq, ictimaiyyətin diqqətini buna çəkməyə çalışdıq. Kampaniya çərçivəsində üç videodan ibarət “Herseyyasindaguzel” adlı sosial çarxlar ərsəyə gətirdik. Erkən yaşda evləndirilən qızların yaşa bilmədikləri uşaqlıq xatirələri üzərindən sosyal meajlar verdik.”
Bu tip olayların Azərbaycanda baş verməməsindən məmnunluq hissini ifadə edən Rəşad Mehdizadə Türkiyənin isə bundan əziyət çəkməsinin üzücü olduğunu söylədi: “Şükürlər olsun ki, ölkəmizdə erkən yaşda qızların evləndirilməsi hallarına demək olar ki, rast gəlmirik. Lakin bu hadisələr qardaş ölkə Türkiyənin ən böyük problemlərindəndir. Biz də öz növbəmizdə bu olaylara işıq tutmaq istədik”.
Hazırda bu tipli sosyal kampaniyalar Türkiyədə çox həyata keçirilir. Rəşad Mehdizadə "Her Şey Yaşında Güzel"in digər bu kimi kampaniyalardan fərqli olduğunu deyib. "Əvvəlcə onu deməliyəm ki, bizi digər kampaniyalardan fərqləndirən başlıca cəhət gördüyümüz işin tamamilə tələbə əməyinin məhsulu olmasıdır. Tələbə yoldaşlarımızla birliktə bu işi görməyə qərar verəndə bizi ən çox düçündürən də bu məqam oldu. "Biz nə etməliyik ki, digərlərindən fərqli olaq?" sualı bizim üçün əsas meyar oldu. Nəticədə də, izləyiciyə sual ünvanlamaq qərarına gəldik. Bu sualı verməkdə əsas məqsədimiz insanlara hər şeyin onların əlində olduğunu göstəməyə çalışdıq. Çünki bu kimi olayların qarşısını almaq sadəcə ictimai iradə ilə mümkündür". Kampaniyaya Azərbaycandan da dəstək gözləyən həmyerlimiz ictimaiyyətimizin bu mövzuya həssas yanaşacağına inanır: “Kampaniyamıza dəstək olmaq istəyənlər də öz növbəsində videolarımızı izləyədikdən sonra, #herseyyasindaguzel etiketi ilə Facebook, Twitter ve Instagram hesablarından uşaqlıq şəkillərini paylaşa bilərlər”.
"Her Şey Yaşında Güzel"in davamı olaraq bir kampaniyanın olub - olmayacağına verdiyimiz suala isə, "Bu kampaniya başlanğıcdı. Önümüzdəki günlərdə mən və komanda yoldaşlarım digər sosyal çatışmazlıqlara da işıq tutmağa çalışacıq" - deyə , Rəşad cavab verib.
