Erməni professor: “Məhəmməd peyğəmbəri lağa qoymayın”
Erməni professor: “Məhəmməd peyğəmbəri lağa qoymayın”
Müəllif: Sabir Babayev, informator.az
Ermənistan Politexnik İnstitutunun professoru Eduard Manukyan Ermənistanın xarici siyasət məsələlərinə və xüsusən Avropa, yaxud Rusiya arasında seçimə toxunaraq qeyd edib ki, Şərqin müsəlman dövlətlərinə qarşı mövqe heç də az mühüm deyil. O deyib: “Fransanın “Şarl Ebdo” jurnalı elə bir addım atdı ki, indi onun fəsadlarını görürük. Milyonlarla adam söz azadlığını müdafiə etmək üçün küçələrə çıxdı. Biz də bunlardan kənarda qala bilmərik, ona görə ki, hər ikisinin-həm Avropanın, həm də Asiyanın arasında yerləşirik. Möhkəm iradəmizi göstərməliyik. Susmağın pis nəticələri ola bilər”.
Eduard Manukyan Fransa jurnalının kimə lağ etdiyi məsələsini irəli sürüb: “Avropa Məhəmməd peyğəmbəri dəfələrlə lağa qoyub, lakin bu düzgündürmü və bu adama lağ etməyə dəyərmi? Məhəmməd peyğəmbər artıq 1500 ildir ki, öz ideyaları ilə on milyonlarla adamı ardınca aparır. Onun ölmüş vəziyyətdə belə bu qədər ardıcılı var. Filosof Hegel deyirdi: “Hər nə realdırsa, onun haqqında mühakimə yürüdülməlidir. Bu qədər çox sayda adam səhv edə bilməz, o çox ağıllı adam olub və lağa deyil, hörmətə layiqdir”.
Eduard Manukyan hesab edir ki, bu hadisələr elə bir vəziyyətin başlanğıcını qoyur ki, bunlar toqquşmalarsız keçməyəcək. O deyib: “Müharibəyə ən yaxın yer bizik və düşünürəm, dünyaya, istər Avrlopaya, istərsə də Asiyaya münasibətlərimizi göstərməliyik. Bu dünyada 2 böyük qüvvə var ki, onları islama və siaonizmə, yaxud iudaizmə qarşı qoymaq olmaz. Biz İslan dənizində xristian adasıyıq. Lakin əslində xristianlıqla müsəlmanlıq arasında heç bir ziddiyyət yoxdur. Quranın yazılarını oxusaq görərik fərq ondadır ki, xristianlıq hədislər düzümü kimi yazılıb, onlar isə ağıllı hərəkət ediblər, onu qanunlara və qaydalara çeviriblər. Quranın əksər hissəsi bizim Bibliya ilə üst-üstə düşür. İslamda yazılıb ki, xristian ona tabe olmalıdır. Bu bizim üçün çox faydalıdır, lakin bu bizi milli azadlıq prosesinə başlamağa və öz ərazilərimizi müdafiə etməyə məcbur edir. Bu cür mübarizə dini deyil, azadlıq mübarizəsi olacaq”.
Professor tarixə toxunaraq xristianlarla müsəlmanların münaqişələrinin səbəbini göstərir: “Səlib yürüşlərinədək xristianlıqla islam arasında qarşıdurma olmayıb. Səlibçilər Asiyaya giriblər, lakin, faktiki olaraq, talan məqsədilə gəliblər, onlar ərəbləri, müsəlmanları öldürməyə başlayıblar və bu qan intiqamına çevrilib, həmin intiqam indiyə qədər də davam edir. Bütün bunların bizim üçün dəhşətli fəsadları olub, son hesabda bunların nəticəsində Kilikiya və xristian Bizansı məhv olub. Avropa müdafiə olunub, o bizim nə qədər çətin vəziyyətdə olduğumuzu başa düşməz. Biz onların ardınca getməməliyik”.
Professor Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub: “Türkiyədə milyonlarla erməni var, bizim məqsədimiz onlardan ayrılmamaqdır və onların İslamlaşmış ideyalarına zidd getməməliyik. Biz həmin ermənilərlə münasibətləri yaxşılaşdırmalıyıq. Burada din deyil, gen vacibdir, insanın mahiyyətini gen təyin edir, onlar da bizim kimi adamlardır, islam onların arasında o qədər də dərinləşməyib və kök salmayıb. Bu müsəlmanlaşmış ermənilərə doğru daha bir addım olar. Prezident Serj Sarkisyan seçkilərə hazırlaşarkən onun çağırışı təminatlı Ermənistan yaratmaq idi, lakin onun iqtisadi təminat yaratmadığı faktdır. Heç olmazsa, o, bizim gələcəyimizi təminatlı etsin”.
E. Manukyan Prezident Serj Sarkisyana müraciət edir: “Dövlət kimi, mətbuatda çıxış et, Məhəmmədi lağa qoymağın, həmin hərəkatların əleyhinə olduğunuzu və Məhəmməd peyğəmbərə hörmət etdiyimizi qonşu ölkələrə göstər. Heç olmazsa, şəxsi mənafeyini bir yana qoyub, dövlətin mənafeyini düşün. Biz göstərərik ki, Azərbaycan xalqı ilə dini ziddiyyətimiz yoxdur və düşmənçilik zəifləyər”.
www.hraparak.am/?p=72930&l=am/es+hargum+em+muhamed+margarein
