00:00:00
Yazar
Admin User
21.01.2015 13:00 502 1 dəq oxuma
Hadisə

Ermənilərin təxribatının qarşısı alındı, düşmən itki verdi

Ötən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.
Ermənilərin təxribatının qarşısı alındı, düşmən itki verdi

Ötən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib. Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz itki verməyib və bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər