Ermənistan baş naziri Yaponiyaya səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 4-də Yaponiyaya iki günlük səfərə gedəcək.
"İnfromator.az" xəbər verir ki , bu barədə Ermənistan KİV-də məlumat verilib.
Onun yaponiyalı həmkarı Siqeru İsiba ilə danışıqlar aparacağı gözlənilir.
Paşinyan sentyabrın 5-də Osakada "EXPO-2025" çərçivəsində Ermənistan Günü şərəfinə təşkil olunan tədbirdə iştirak edəcək.