00:00:00
Yazar
Admin User
25.12.2025 16:07 73 1 dəq oxuma
Dünya

Ermənistan: “Tramp Marşrutu”nun tikintisinə 2026-cı ildə başlanması planlaşdırılır

Ermənistan: “Tramp Marşrutu”nun tikintisinə 2026-cı ildə başlanması planlaşdırılır

“Tramp Marşrutu” (TRIPP) adlanan təşəbbüsün icrasının praktiki mərhələsinə, o cümlədən tikinti işlərinə 2026-cı ildə başlanması nəzərdə tutulur.

 

Mövzu ilə bağlı “İnformator. az” a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki,2025-ci il ABŞ-də ilkin sülh lahiyyəsindən sonra Zəngəzur dəhlizinin açılması üçün yeni imkanlar yaradılıb.  

 

Beləliklə Zəngəzur dəhlizi ifadəsinə “Tramp Marşrutu “ yeni bir termin əlavə edilib. Bu artıq 2026-cı ildə Zəngəzur dəhlizinin bərpa olunması üçün yeni səhifənin başlanğıcı olub. Nəticə etibarilə bu dəhliz açılmayacaqsa, ABŞ-nin ilkin sənədin mətninədə kölgə düşmüş olacaq. Çünki həmin mətndə kommunikasiyaların açılması məsələsidə öz əksini tapıb. Hazırda dəhlizin yenidən layihələşdirilmiş , texniki məsəslələrin həll edilməsi mərhələsi 2026-cı ildə işə başlamaq üçün yaxşı əsaslar yaradır. Yəqin ki, 2026-cı ildə dəhlizlə bağlı işlərin başlamasına start veriləcəyini görəcəyik. Azərbaycan artıq dəhlizin Naxçıvan ərazisində kommunikasiya işlərini görməyə və dəmir yolu qovşağını bərpa etməyə başlayıbdır. Azərbaycanda Ağbənd layihəsi başa çatacaqdır. Beləliklə Azərbaycan öz ərazisində yəni Horadizdən Ağbəndə qədər , Ordubadın Külxan kəndindən Arazdəyənə qədər bütün işləri 2026- cı ildə yekunlaşdıracaqdır. Əgər fövqəladə hal baş verməsə Zəngəzur dəhlizi 1 ilə yenidən inşa edib bitirmək mümkün görünür".

 

Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər