00:00:00
Yazar
Admin User
03.03.2016 10:50 606 1 dəq oxuma
Dünya

Ermənistanda polis rəisləri kütləvi şəkildə işdən çıxarıldı

Ermənistanda polis rəisləri cinayətkar aləmin tanınmış üzvləri ilə əlaqə saxladıqları üçün tutduqları vəzifədən azad ediliblər
Ermənistanda polis rəisləri kütləvi şəkildə işdən çıxarıldı

Bu haqda Ermənistan KİV-i məlumat yayıb.

\"Polis rəislərinin tutduqları vəzifədən azad edilmələrinə səbəb cinayətkar aləmin tanınmış üzvlərindən olan Tevos Safaryanla (Tevosik) birlikdə deputatlardan birinin ad günündə iştirak etmələridir. Başqa sözlə, polis cinayətkar aləmin tanınmış üzvü ilə əlaqə saxlayarsa, o, vəzifə borcunu qanunun tələbləri səviyyəsində yerinə yetirə bilməz\", - erməni KİV-i vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistanın 4 bölgəsinin polis rəisi, eləcə də DİN-in Pasport Qeydiyyatı İdarəsinin bütün əməkdaşları işdən azad ediliblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər