Ermənistanda polis və etirazçılar arasında toqquşmalar baş verib
Gümrüdə polis və etirazçılar arasında baş vermiş toqquşmalar nəticəsində 12 nəfər xəsarət alıb.
“Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan 8 nəfərə tibbi yardın göstərilib. Hazırda mərkəzdə 3-ü polis olmaqla 4 nəfər var. İsaakyan xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib. Onların kəllə-beyin travması aldığı bildirilir.
Qeyd edək ki, etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.
apa
