00:00:00
Yazar
Admin User
01.12.2025 16:20 131 1 dəq oxuma
Hadisə

Ermənistanda rus hərbi bazasında partlayış

Ermənistanda rus hərbi bazasında partlayış

 

Ermənistanın Araqatsotn rayonunda yerləşən 102-ci rus hərbi bazasının atış poliqonunda partlayış baş verib. Hadisə nəticəsində 22 yaşlı kənd sakini ağır xəsarət alıb.

 

Hadisə noyabrın 26-da, saat 14:35-də qeydə alınıb. Sadunts kəndinin sakini Abraham B. heyvanları otardığı zaman ehtiyatsızlıqla hərbi poliqonun ərazisinə daxil olub və baş verən partlayış nəticəsində “sağ əl və sağ ayağın xəsarəti” diaqnozu ilə “Aparan” Tibb Mərkəzinə yerləşdirilib.

 

Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndiriblər. Yaralı sonra helikopterlə Yerevandakı “Erebuni” Tibb Mərkəzinə aparılıb.

 

Hadisə ilə bağlı polis və patrul xidmətinin əməkdaşları araşdırma aparır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər