Everestdə dəhşət!
Dünyanın ən yüksək zirvəsinə sahib olan Everest dağının şərq yamaclarında həftəsonu baş verən qar fırtınası nəticəsində dağın Çin tərəfindəki bölgələrdə ilişib qalan 1000-dən çox insanın xilas edildiyi bildirilib.
Çinin dövlət televiziyası CCTV-nin məlumatına görə, ölkənin Tibet Muxtar Rayonunun Gama Vadisində düşərgə quran 580 dağ yürüşçüsü, onlara qoşulan təxminən 300-dən çox yerli bələdçi və dəstək qrupu təhlükəsiz ərazilərə çatdırılıb.
Everestin şərqində baş verən qar fırtınası Tibet-Çinxay platosunda yolların bağlanmasına səbəb olub və bölgədə səyahət qrupları ilə dağ yürüşündə olan 1000-dən çox insan qalıb.
Daha əvvəl axtarış-xilasetmə qruplarının bölgədən 350 nəfəri təxliyə etdiyi, digər qrupların isə təhlükəsiz ərazilərə çatdırılması üçün işlərin davam etdiyi bildirib.
Dağın qərb tərəfi, yəni Nepal istiqamətində isə Everest zirvəsinə dırmaşan alpinist qruplar hava proqnozu barədə vaxtında xəbərdarlıq aldıqları üçün dağdakı irəli düşərgələrdən 5300 metr hündürlükdə yerləşən əsas düşərgəyə qayıdıblar.
Bölgədəki dağ yürüşləri barədə məlumat verən “Explorer’s Web” internet saytı qar fırtınasının Everestin dırmanış marşrutu üzərindəki Khumbu Vadisinə böyük miqdarda qar gətirdiyini, lakin dağda ilişib qalanların olmadığını açıqlayıb.
Qar fırtınası Nepalın bir çox bölgəsinə təsir edib, paytaxt Katmandu da daxil olmaqla bir çox yerdə uçuşlar ləğv olunub.
8 min 848 metr hündürlüyə sahib dünyanın ən yüksək zirvəsi olan Everest dağı, Çinin Tibet Muxtar Rayonu ilə Nepal arasında yerləşib. Dağın qərb hissəsi Nepala, şərq hissəsi isə Çinə məxsusdur.
Haberler.com
Aygün Babayeva
