00:00:00
Yazar
Admin User
04.09.2025 06:13 126 1 dəq oxuma
Hadisə

Füzulidə açıq sahədə baş verən yanğın söndürülüb

Füzulidə açıq sahədə baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Füzuli rayonunun Alxanlı kəndində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

"İnformator.az" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Hadisə nəticəsində 60 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.

 

Ətraf ərazilər yanğından mühafizə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər