Füzulidəki avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Füzuli rayonu ərazisində baş verən avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, oktyabrın 16-da saat 11:30 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 kişi Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.
Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
