00:00:00
Yazar
Admin User
04.01.2024 14:15 460 1 dəq oxuma
İdman

Fatih Terim "Panatinaikos"la ilk matçında qalib gəlib

Fatih Terim "Panatinaikos"la ilk matçında qalib gəlib

Fatih Terim "Panatinaikos"un baş məşqçisi kimi ilk matçına çıxıb. Terim komandası ilə ilk qələbəsini ilk liqa matçında ‘’PAS Giannina’’-nı 2-0 məğlub edərək əldə edib. 

 

Yunanıstan Superliqasının 16-cı turunda "Panatinaikos"  "PAS Giannina"nı qəbul edib.

 

Qarşılaşmaya  effektiv başlayan Terimin komandası  25-ci dəqiqədə Fotis İoannidisin qolu ilə ‘’Giannina’’ ilə görüşdə 1-0 önə keçib.

 

İlk hissə bu hesabla başa çatsa da, ikinci hissəyə “Panatinaikos” sürətlə başladı. 48-ci dəqiqədə Tonni Vilhena cərimə meydançası xaricindən baxımlı  zərbə ilə fərqi 2-yə çatdırıb.

 

Sonrakı dəqiqələrdə başqa qol olmadığı üçün “Panatinaikos” meydandan 2:0 hesablı qələbə ilə ayrılıb. Bu qələbə ilə xallarını 37-yə yüksəldən “Panatinaikos” 38 xalla ‘’PAOK’’- dan sonra ikinci pillədə qərarlaşıb.

 

Ayaz Zeynalzadə



 

 

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər