00:00:00
Yazar
Admin User
30.01.2024 16:06 429 1 dəq oxuma
İdman

Fatih Terim Yunanıstanda ilk məğlubiyyətini alıb

Fatih Terim Yunanıstanda ilk məğlubiyyətini alıb

Fatih Terimin baş məşqçisi olduğu Yunanıstanın "Panatinaikos" komandası səfərdə PAOK-a 2:1 hesabı ilə məğlub olub. Təcrübəli çalışdırıcı Yunanıstanda liqadakı ilk məğlubiyyətini alıb.

 

Türkiyəli   məşqçi Fatih Terimin rəhbərliyi altında Yunanıstan Superliqasında çempionluq uğrunda mübarizə aparan "Panatinaikos’’ ‘’PAOK’’-la səfərdə üz-üzə gəlib.

 

Yunanıstan Superliqasının 20-ci həftə matçında ‘’PAOK’’ ilk hissəni 43-cü dəqiqədə Kiril Despodovun qolu ilə 1:0 öndə bağlayıb.

 

"Panatinaikos" 51-ci dəqiqədə "Trabzonspor"dan transfer olunan Anastasios Bakasetasın penaltidən vurduğu qolla hesabı bərabərləşdirib.

 

Despodov 56-cı dəqiqədə PAOK-u yenidən hesabda irəli çıxarıb. Qarşılaşmada başqa qol olmadığı üçün PAOK "Panatinaikos"u 2-1 hesabı ilə məğlub edib.

 

Bu məğlubiyyətdən sonra "Panatinaikos" 44 xalda qalıb, zirvədəki PAOK isə xallarını 47-yə yüksəldib.

 

Fatih Terim Yunanıstan Liqasında  “Panatinaikos”la ilk məğlubiyyətini alıb.

 

Ayaz Zeynalzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər