00:00:00
Yazar
Admin User
26.12.2023 18:21 461 1 dəq oxuma
İdman

Fatih Terimin yeni komandası bəlli oldu

Fatih Terimin yeni komandası bəlli oldu

Bir müddət heç bir komanda çalışdırmayan Fatih Terim Yunanıstanda futbola qayıdır.


Yunanıstan Superliqasında çempionluq uğrunda mübarizə aparan ‘’Panatinaikos" Fatih Terimlə müqavilə imzaladığını rəsmən açıqlayıb

Ən son 2021-22 mövsümünün yarısına qədər “Qalatasaray”da çalışan təcrübəli çalışdırıcı sonradan heç bir komandaya baş məşqçilik etməyib. Yunanıstanın paytaxtı Afinaya gedəcək Fatih Terimin qısa müddətdə 1,5 illik rəsmi müqavilə imzalaması gözlənilir.



FATİH TERİMİ ÇƏTİN OYUNLAR GÖZLƏYİR

Keçən il Yunanıstan Superliqasında daimi mövsümün liderini başa vuran "Panatinaikos" pley-offda çempionluğu AEK-ə uduzub.

Bu mövsüm Afina təmsilçisi 15 həftə sonrası liqada 34 xal toplayaraq lider PAOK-dan sonra 2-ci pillədə qərarlaşıb. Fatih Terim "Panatinaikos"un baş məşqçisi olarsa, yanvarda 3 dəfə Olimpiakos derbisində oynayacaq.


Ayaz Zeynalzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər