00:00:00
Yazar
Admin User
29.01.2024 17:48 421 1 dəq oxuma
İdman

‘’Fənərbaxça’’ Çağlar Söyüncü transferini açıqlayıb

‘’Fənərbaxça’’ Çağlar Söyüncü transferini açıqlayıb

“Fənərbaxça” “Atletiko Madrid”dən Çağlar Söyüncünü heyətinə qatdığını açıqlayıb.

 

Sarı-göylü komandadan verilən açıqlamada Çağlar Söyüncü ilə mövsümün sonuna qədər müqavilə imzalandığı bildirilib.

 

Klubdan “Ailəmizə xoş gəldin, Çağlar Söyüncü” başlığı ilə verilən açıqlamada milli futbolçunun transferi üçün “Atletiko Madrid’’ ilə razılıq əldə olunduğu bildirilib.

 

"Klubumuz müdafiəçi Çağlar Söyüncünün icarə transferi üçün Atletico Madrid və özü ilə razılığa gəldi. Milli oyunçu 2023-24 mövsümünün sonuna qədər "Fənərbaxça"nın formasını geyinəcək",- açıqlamada deyə qeyd olunub.

 

Ayaz Zeynalzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər