‘’Fənərbaxça’’dan Emre Mor açıqlaması
"Fənərbaxça"nın ulduzu Emre Mor mövsümün sonuna qədər "VavaCars Fatih Karagümrük’’ ə icarəyə verilib.
Bu barədə klub rəsmi açıqlama verərək Emre Morun icarəyə getməsini təsdiqləyib.
Mövsümə zədə problemi ilə başlayan 26 yaşlı futbolçu istədiyi kimi forma şansı tapa bilməyib. Oynadığı 8 matçda 2 məhsuldar ötürmə edən Emre Mor cəmi 153 dəqiqə meydanda olub.
Emre Mor 2021-ci il mövsümünün sonunda ‘’Selta Viqo’’-dan ‘’VavaCars Fatih Karagümrük’’ ə icarəyə verilmişdi. Super Liqa təmsilçisi həmin mövsümün sonunda Emre Moru təmənnasız olaraq heyətinə qataraq 2 milyon avroya “Fənərbaxça”ya satıb.
Ayaz Zeynalzadə
