Fənərbaxça üçün özünü sübut etmək məqamıdır
Bu gün Qalatasaray-Fənərbaxça komandaları 5 gün aradan sonra yenidən Super Kubok uğrunda qarşı-qarşıya gələcək.
Oyunla bağlı idman eksperti Ağa Dadaşzadə informator.az -a açıqlama edib.
"İki komanda arasında oyunlar gərgin keçir və bunun nəticəsidir ki, bu gün keçiriləcək oyun Ərəbistanda baş tutacaq. Bu gün də hər iki komanda müdafiə futbolu oynayacaq. Fənərbaxça üçün özünü sübut etmək məqamıdır".
Müsahib Fənərbaxçanın üstünlüyünü görür.
Ekspert düşünür ki, oyunda böyük hesablı məğlubiyyət gözlənilmir.
Qeyd edək ki, Qalatasaray-Fənərbaxça matçı Bakı vaxtı ilə 21:45-də başlanacaq.
Zəhra Həsənova
