Formula-1-in sabiq pilotu həbs olunub
Formula-1 üzrə dünya çempionatının keçmiş iştirakçısı, almaniyalı Adrian Sutil dələduzluq və külli miqdarda pul mənimsəməkdə şübhəli bilinərək həbs edilib.
"İnformator.az" xəbər verir ki, məlumatı "Bild" yayıb.
Bildirilib ki, Fransa, İsveçrə və Almaniyada aparılan istintaqda Sutil də daxil olmaqla bir neçə nəfəri polis saxlayıb. A.Sutilin nə qədər pul mənimsədiyi barədə məlumat yoxdur.
Qeyd edək ki, Sutilin 42 yaşı var. O, 2006-2011 və 2013-2014-cü illərdə Formula 1-də yarışıb, müxtəlif mövsümlərdə "Spayker", "Fors İndia" və "Zauber" komandalarında çıxış edib. Onun ən yaxşı nəticəsi 2009-cu ildə İtaliya Qran-prisində dördüncü yer olub.
