00:00:00
Yazar
Admin User
05.01.2024 11:31 508 1 dəq oxuma
İdman

Fərdi üzü Avropaya..

Fərdi üzü Avropaya..

Dünya şöhrətli idman jurnalisti Fabrizio Romaonun dediklərinə görə Fənərbaxça klubunun sol cinah müdafiəçisi Avropa nəhənglərinin diqqət mərkəzindədir. 

 

Sol cinah müdafiəçisini itirmək təhlükəsi ilə üz-üzə qalan  Almaniyanin “Bavariya” klubu Alfonso Deyvis gedəcəyi halda onun yerini 24 yaşlı Fərdi Kadıoğlu ilə doldurmaq niyyətindədir.

Türkiyə millisinin müdafiəçisi Premyer liqa klublarınln da marağına səbəb olub. Beləki “Mançester Yunayted” və “Arsenal” da qışda olmasa belə yay transfer pəncərəsində bu transferi reallaşdırmaqda israrlıdır.
Hollandiyanin “Ayaks” klubu da Fərdi ilə yaxından maraqlanır.

 

Qeyd edək ki, “Fənərbaxça” klubunun istəyi oyunçu üçün 25 milyon avrodur.

 

Oyunçu 2018-ci ildən bu klubda oynayır. 184 oyuna çıxan müdafiəçi 21 qolla yadda qalıb.

Müzəffər Quluzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər