"Gəncə" FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb
"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda üçüncü oyununa çıxıb.
“İnformator.az” ın məlumatına görə, IV turda Portuqaliyanın "Sportinq" klubunu qəbul edən Murad Dikmənin baş məşqçisi olduğu komanda 69:67 hesablı qələbə qazanıb.
Qarşılaşma Gəncə İdman Sarayında keçirilib.
Xatırladaq ki, "Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komandanın III turda "Rilski Sportist" (Bolqarıstan) ilə qarşılaşması təxirə salınıb