Göyçədəki yanğın Tavuşun sərhədinə çatıb
Ermənistanda Geqarkunik (Göyçə mahalı) ərazisində baş verən yanğın Tavuş vilayətinin inzibati sərhədinə çatıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, dörd gündür davam edən yanğının söndürülməsində DİN-in Xilasetmə Xidmətinin çoxsaylı briqadaları, həmçinin helikopter cəlb olunub. Ərazinin relyefinin mürəkkəb olması yanğının söndürülməsini çətinləşdirir.
