00:00:00
Yazar
Admin User
02.02.2026 14:37 60 1 dəq oxuma
İdman

"Güc qurğusu imkan vermədikdə, səndən asılı olmayan səbəbdən geridə qalacaqsan"

"Güc qurğusu imkan vermədikdə, səndən asılı olmayan səbəbdən geridə qalacaqsan"

 

“Formula 1” üzrə dünya çempionatında mübarizə aparan “Red Bull” komandası 2026-cı il mövsümü üçün yeni bolidini təqdim edib. Avstriya təmsilçisi yeni texniki konsepsiya və sürücü heyəti ilə qarşıdakı mövsümə iddialı hazırlaşır.

 

Mövzu ilə bağlı  "Formula-1" yarışlarının şərhçisi, Azərbaycan Qran-prisinin səfiri Rəhim Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu il "Formula 1"də radikal dəyişikliklər var:

 

"Həm maşının aerodinamikası, həm də motor mühərrik, güc qurğusu sıfırdan dəyişir. Əvvəlki dövrlərdə maşınlarda belə güc qurğusu olmayıb. Ona görə də, təkcə "Redbul" yox, eləcə də çempionatın digər 11 komandasının təqdim etdikləri maşınlar əvvəlki illərdən ciddi fərqlənir. "Redbul"un da maşını aydın məsələdir ki, əvvəlki maddələrdən fərqlənir. Bu il reqlamentin ilk ili olduğuna görə hər bir komandanın mühəndisi eksperiment edir. Maşınların bir-birindən fərqi olacaq. Ola bilər ki, birinin qanadı digərindən fərqlənsin, birinin sayt potları ilə yan elementləri digərindən fərqlənsin, mator qapağı fərqli olsun və s. Ümumi standartlar var ki, hamıda eyni olmalıdır. Müəyyən elementlər var ki, mühəndislərin xəyal dünyası üçün saxlanılıb".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər