00:00:00
Yazar
Admin User
02.01.2024 10:34 431 1 dəq oxuma
İdman

Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib

Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib

"Hazırlıq prosesində komandalarımız müxtəlif məkanlarda təlim-məşq toplanışı keçir. Yunan-Roma güləşi üzrə millimiz bu gündən Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında məşqlərə start verib. Komandamız yanvarın 10-da Xorvatiyaya yollanacaq. "Zaqreb Open" turnirində iştirak etdikdən sonra Xorvatiyanın Poreç şəhərində bir neçə komandanın iştirakıyla təlim-məşq toplanışı keçəcəklər. Daha sonra vətənə qayıdıb, Avropa çempionatına son hazırlığı Bakıda keçəcəklər".-Bu sözləri informator.az-a açıqlamasında Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı söyləyib.

 

O, sərbəst güləş üzrə keçirilən hazırlıq prosesindən danışıb:

 

"Sərbəst güləş üzrə millinin bir neçə üzvü dekabrın 18-dən Vladiqafqazda təlim-məşq toplanışı keçir. Qalan güləşçilərimiz isə Bakıda məşqlərini davam etdirir. Bu komandamız yanvarın 8-də Xorvatiyaya yollanacaq".

 

Sərxan Musalı qadın güləşçilərimizin təlim-məşq toplanışı haqqında da məlumat verib:

 

"Qadın güləşçilərimizin bir qismi dekabrda Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçdi. Jalə Əliyeva və Elis Manolova isə Bolqarıstanın Belmeken şəhərində yerli komandayla birgə hazırlıq keçir".

 

Mətbuat katibi həmçinin əlavə edib ki, "Zaqreb Open" güləşdə ilin ilk beynəlxalq yarışıdı.

 

"Reytinq turniri olduğu üçün önəmli yarış sayılır. Bəzi çəkilərdə iki idmançıyla təmsil olunacağıq. Kim daha yaxşı güləşsə, o da Avropa çempionatında iştirak hüququ qazanacaq".

 

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər