00:00:00
Yazar
Admin User
13.05.2025 18:45 269 1 dəq oxuma
Hadisə

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

 

"Günəşdə hazırda X səviyyəli partlayış qeydə alınır. İlkin bal X1.2 təşkil edir. Bu, təxminən 1,5 aylıq fasilədən sonra bu sinifin ilk hadisəsidir", - deyə bildirilib.

 

Alimlərin fikrincə, partlayış Günəşin qərb kənarında baş verib və buna görə də Yer üçün təhlükə yaratmır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər