Gürlek: “Qeyri-qanuni mərc istintaqında yeni bir əməliyyat keçirə bilərik”
İstanbul Baş Prokuroru Akın Gürlek futbolçular, hakimlər və klub rəhbərlərinin də daxil olduğu qeyri-qanuni mərc istintaqı ilə bağlı yeni məlumatlar paylaşıb. O bildirib ki, Türkiyədən kənarda, Şimali Kipr, Monteneqro və Gürcüstanda da şübhəli qeyri-qanuni mərc fəaliyyəti qeydə alınıb. Gürlek deyib: “Xaricdə qanuni olan saytlardan da məlumat tələb edirik, bu işin xarici ayağı daha da böyükdür”.
Hazırda yalnız qeyri-qanuni mərc və şike işlərinə baxan 3 prokurorun fəaliyyət göstərdiyini bildirib.
“Fərdlər öz adlarına mərc oynamırlar, ya başqası, ya da birinci dərəcəli qohumları vasitəsilə oynayırlar. Məsələn, bir idman şərhçisinin həyat yoldaşı vasitəsilə mərc oynadığını müəyyən etdik. Biz tamamilə qeyri-qanuni mərc izini izləyirik”, – deyə o əlavə edib. Baş Prokurorluq bu istintaq çərçivəsində İnterpol və UEFA ilə əməkdaşlıq aparır.
BBC NEWS
Səmayə Səftərova
