00:00:00
Yazar
Admin User
11.07.2025 14:46 173 1 dəq oxuma
İdman

“Gaziantep FK”ya hollandiyalı yarımmüdafiəçi

“Gaziantep FK”ya hollandiyalı yarımmüdafiəçi

Trendyol Süper Lig” təmsilçilərindən “Gaziantep FK” yarımmüdafiəçi Juninho Bacuna ilə müqavilə imzalayıb.

 

Klubdan verilən açıqlamada bildirilib ki, son olaraq Səudiyyə Ərəbistanı Liqası komandalarından “Al-Wehda” formasını geyinən 27 yaşlı yarımmüdafiəçi Juninho Bacuna ilə biri opsionlu olmaqla 2+1 illik müqavilə bağlanıb. Açıqlamada, “Juninho Bacuna”ya klubumuza xoş gəlmisən deyir, loqomuz altında uğurlar arzulayırıq", – ifadəsi yer alıb.

 

Bacunanın klub prezidenti Memik Yılmazın da iştirak etdiyi mərasimdə “qırmızı-qara” rənglərə bağlayan müqaviləyə imza atdığı qeyd olunub.

 

Mənbə :TRT Haber 

Nigar Həsənzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər