Gədəbəydə dağlıq ərazidə yanğın baş verib
Gədəbəy rayonunun Şahdağ kəndində bələdiyyəyə aid dağlıq ərazidə 60 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Fövqəladə Hallar Nazirliyindən "İnformator.az"a bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğını yanğından mühafizə bölmələri söndürüb.
