Geciksək Suriyanın ərazi bütövlüyünü qorumaq çətin olacaq- Con Kerri
ABŞ və Rusiyanın Suriyada 5 ildir axan qanı dayandırmaq hədəfi ilə çalışdığı atəşkəs razılaşmasının aqibəti ilə bağlı narahatlıqlar var.
İnformator.az “Euronews”a istinadla xəbər verir ki, Suriya Rusiya və İranın razılaşma çərçivəsindən kənarda olan terror təşkilatı İŞİD və əl-Nusranı bəhanə edərək müxalifəti hədəfə almaq ehtimalı bu narahatlığın ən başlıca səbəbidir.
Suriyanın razılaşma üzrə naziri Əli Heydər Dəməşq hakimiyyəti isə müxalif qrupların atəşkəsi pozacağını, özlərinin isə buna sadiq qalacağını iddia edir: “Suriya dövləti əlbəttə razılaşdırılmış atəşkəsə hörmət edir və prinsip etibarı ilə buna əməl edəcək. Amma atəşkəsə əməl etmək istəmədiklərini deyən silahlı qruplar adından heç nə deyə bilmərəm”.
Şənbə günü başlaması planlaşdırılan razılaşma Əsəd hakimiyyəti ilə atəşkəsi qəbul edən müxalifət qrupların qarşıdurmaları dayandırmasını və humanitar yardımın keçidinə icazə verilməsini əks etdirir. Türkiyə atəşkəsə təmkinli yanaşdığı halda, ABŞ dövlət katibi Con Kerridən bunun qalıcı sülh üçün son şans olduğu ilə bağlı fikir səsləndirilib.
Suriyada hökumətin dəyişəcəyi siyasi keçidə zəmin hazırlanmasının lazım olduğunu ifadə edən Kerri “Müharibəni sona çatdırmaq üçün daha çox gözləniləcəyi təqdirdə Suriyanın ərazi bütövlüyünü qorumaq daha çətin ola bilər” deyib.
Atəşkəsə əməl edilməsinə bir neçə gün qalmasına baxmayaraq, Azez və Hələbdə silahlı qarşıdurmalar davam edir.
