GENİŞ YAYILMIŞ İDMAN NÖVLƏRİ HANSILARDIR?
Ölkəmizdə geniş yayılmış idman növləri var. Bəs bu idman növlərindən hansı daha populyardır?
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev idman növlərindən futbol, güləş, cüdo, bədii gimnastika, MMA, kikboksinq, karatenin daha populyar olduğunu qeyd edir.
Müsahib sözügedən oyunların populyarlığı barəsində məlumat verir. "Futbol bütün dünyada populyar olduğu kimi, ölkəmizdə də ən çox sevilən və yayılan idman növüdür. Güləş milli idman növümüz olduğu üçün və beynəlxalq yarışlarda ən çox uğur qazandığımız idman növüdür. Cüdo və gimnastika da ölkə üzrə geniş yayılan növlərdir. Həmçinin MMA, karate, kikboksinq kimi döyüş idman növləri də gənclərin daha çox məşğul olduğu idman növləridir. Azərbaycan üçün xarakterik olmayan bəzi idman növlərinə də Son illərdə maraq artıb".
ÇİNARƏ MURADOVA
