00:00:00
Yazar
Admin User
29.05.2015 12:15 1059 1 dəq oxuma
Sosial

"Gələcəyə Baxış" Avropaya İnteqrasiya İB bölgələrdə təbliğat aparır

“Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai birliyi Qəbələdə “Milli mənəvi dəyərlərin və ictimai qaydaların təbliği” adlı layihə həyata keçirib.
"Gələcəyə Baxış" Avropaya İnteqrasiya İB bölgələrdə təbliğat aparır

“Gələcəyə Baxış" Avropaya inteqrasiya İctimai birliyi Qəbələdə “Milli mənəvi dəyərlərin və ictimai qaydaların təbliği” adlı layihə həyata keçirib.

İnformator xəbər verir ki, Azərbaycan Respublikası yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihədə məqsəd milli mənəvi dəyərlərin və ictimai qaydaların gənclər arasında təbliğini və bu qaydalara riayət olunmasını aşılamaqdır.

Bu məqsədlə Qəbələ rayonunun orta məktəblərində müəllim və şagirdlər arasında sorğu aparılıb. Müəllimlər uşaqlara valideynlər tərəfindən çox azadlıq verildiyini, amma bunun müəyyən çərçivə daxilində olmasının vacibliyini vurğulayıb. Eyni zamanda milli-mənəvi dəyərlərin təbliği üçün milli geyimlər, Azərbaycan ədəbiyyatının nümayəndələri, işğal olunmuş Azərbaycan torpaqları haqqında ətraflı məlumat verilməsinin vacib olduğu qeyd edilib.

Şagirdlər isə, dövlət atributlarının qorunmasını, böyüklərın sözündən çıxmamağı, onlara hörmətlə yanaşmağı, qocalara qayğı, həmyaşıdlarına sevgi ilə yanaşmağı milli-mənəvi dəyərlərin dəyərlərin qorunması və ictimai davranış qaydaları baxımından mühüm hesab edir.

Qeyd edək ki, “Gələcəyə Baxış" Avropaya inteqrasiya İctimai birliyinin bu təbliğat layihəsi digər bölgələrdə də həyata keçiriləcək. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər