Gəncədə 3 otaqlı evdə yanğın olub
Gəncə şəhərində 3 otaqlı evdə yanğın olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli evin içərisinə yığılan taxta materiallar 15 m² sahədə və bitişik ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin çardağının taxta atmaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
