00:00:00
Yazar
Admin User
10.09.2025 06:41 129 1 dəq oxuma
Hadisə

Gəncədə avtomobil qəzası olub

Gəncədə avtomobil qəzası olub

Gəncə şəhərində baş verən avtoqəzada xəsarət alanların vəziyyəti açıqlanıb. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 9-da saat 20:50 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə 7 qadın, 1 kişi olmaqla 8 nəfər hospitalizasiya olunub.

 

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib. 

 

Hazırda xəsarət alan qadınlardan 1-nin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

 

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər