Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var
Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, yol qəzası şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü A. Nəsibova, 1984-cü il təvəllüdlü P. Nəsibov və 1984-cü il təvəllüdlü V. Məmmədov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
