Gəncədə iki qonşu bir-birini bıçaqlayıb
Gəncə şəhərində iki qonşu arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, hadisə zamanı 1982-ci il təvəllüdlü Etibar Məmmədov daxilə keçməyən, 1984-cü il təvəllüdlü Ziya Cəfərov isə daxilə keçən bıçaq xəsarətləri alıblar.
Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.
