Gəncədə köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib
Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 01:20-də başa çatıb.
