Gəncədə oğurluq edən qadın saxlanılıb
Gəncə şəhər sakini Güleydə Manafova tutulub.
Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də oğurluq etmiş Gəncə şəhər sakini tutulub.
İnformator Daxili işlər nazirliyinə istinadən xəbər verir ki, şəhər ərazisindəki mərkəzi bazarda Zərnigar Müseyibovanın və Nüşabə ismayılovanın ciblərindən 170 manat, mobil telefon və açar oğurlamış Gəncə şəhər sakini Güleydə Manafova tutulub.
