Gəncədə quyuda baş verən partlayışın ilkin səbəbi məlum olub
Gəncədə quyu qazılan zaman partlayış baş verib.
"İnformator.az" Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib.
Qeyd edək ki, xəsarət alan şəxslər fəhlələrdir.
***
Bu gün saat 17:00 radələrində Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Digər məlumata görə, Məhsəti qəsəbəsində baş hadisə zamanı həmin şəxslər fərdi evlərdən birində kanalizasiya quyusu qazırlarmış. Qazıntı işləri aparılan ərazidən qaz xətti keçib.
