Gəncədə yağan yağışlar fəsadlara yol açıb
Gəncə şəhərinə bir neçə gündür yağan yağışlar bəzi problemlərə yol açıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, xüsusən Məhsəti qəsəbəsində sel suları evlərə dolub, həyətyani sahələrə ziyan vurub.
Hazırda sakinlər aidiyyəti qurumların əraziyə cəlb olunmasını gözləyirlər.
Gəncədə yağışlı hava şəraiti davam edir.
