Gəncədən Bakıya gələn tələbə itkin düşüb
Gəncə Dövlət Aqrar Universitetinin tələbəsi Bakıda itkin düşüb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 19 yaşlı Vasif Elnur oğlu Abidinovdan bir neçə gündür xəbər yoxdur.
Vasif Abdinov Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün yaxınlarına qonaq gedib.
Hazırda onun axtarışları davam edir
