Goranboy rayon sakini minaya düşüb
Goranboyda yolu itirən kənd sakini minaya düşüb.
Belə ki, rayonun 3 nəfər Zeyvə kənd sakini qulançar toplamaq üçün təmas xəttinin yaxınlığına gedib. Ehtimallara görə geri dönən zaman yolu itirən kənd sakinləri minalanmış əraziyə giriblər. Bu zaman kənd sakini, 22 yaşlı Nurlan Kərimov minaya düşərək xəsarət alıb.
Yaralı dərhal Goranboy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Burada Nurlan Kərimovun sol ayağı amputasiya olunub, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki minaya düşən 21 yaşlı Nurlan Kərimovu ərazidən çıxarmaq məqsədi ilə yoldaşları telefon vastəsi ilə kəndə xəbər veriblər. Saat 12-də baş verən partlayışdan təqribən bir neçə saat sonra hərbçilərimiz yaralını ərazidən çıxara biliblər.
